İsveçdə kral sarayında mühafizəçi yıxılaraq süngü ilə başına xəsarət yetirib
İsveçdə bir patrul işçisi Stokholmdakı kral sarayının yaxınlığında sürüşərək başını öz tüfənginin süngüsü ilə deşib.
Bu barədə yanvarın 11-də “Aftonblade” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, hadisədən sonra həkimlər və polislər hadisə yerinə gəliblər. Kişi xilas edilib.
"Qəza polis tərəfindən araşdırılır, iş şəraitinin pozulması və ya sağlamlığa zərər vurma faktı ilə bağlı ilkin istintaqa başlayıb", - deyə nəşr yazır.