ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək


ABŞ prezidenti Co Baydenin bu həftə Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyaları açıqlayacağı gözlənilir.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Agentlik hansı məhdudiyyətlərin tətbiq olunacağını dəqiqləşdirə bilməyib. Qeyd olunur ki, Baydenin köməkçiləri atılan addımlar barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərini məlumatlandırırlar.

“Reuters” yazır ki, ABŞ Rusiyaya dəstək verdiyi iddiası ilə bir sıra Çin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu