İngiltərədə bir çox xəstəxana qripə yoluxma hallarının artması səbəbindən kritik vəziyyət elan edib
İngiltərədə bir çox xəstəxanalar qrip və digər tənəffüs yolları xəstəliklərinin artmasının yaratdığı təzyiqlərə görə kritik vəziyyət elan edib.
Royal Liverpool Universitet Xəstəxanası və Birmingham Universiteti Xəstəxanaları təcili xidmətlərə qeyri-adi yüksək tələbat səbəbiylə kritik vəziyyət elan edən son Milli Səhiyyə Xidmətinə (NHS) bağlı agentliklərə çevrilib. Xəstələrə alternativ səhiyyə xidmətlərindən istifadə etmələri barədə xəbərdarlıq edilib.
Royal Liverpool Universiteti Xəstəxanasının Tibb Direktoru Oliver Zuzan verdiyi açıqlamada, həkimlərin xəstələri mümkün qədər tez müalicə etmək üçün çox çalışdıqlarını, lakin ən təcili xəstələrə üstünlük verildiyi üçün bəzi insanların daha çox gözləməli olacağını söyləyib.
"Vəziyyətiniz təcili deyilsə, ailə həkiminiz, yerli aptek və ya ambulatoriya mərkəzləri kimi digər xidmətlərdən istifadə etməyi düşünün" deyə Zuzan bildirib.
Birmingham Universitet Xəstəxanalarının saytında təcili yardım xidmətlərinin hazırda çox məşğul olduğu barədə xəbərdarlıq da var.
Hampshire Xəstəxanaları və Plymouth Universiteti Xəstəxanaları da təcili xidmətlərə artan təzyiqə diqqət çəkərək oxşar xəbərdarlıqlarla kritik vəziyyət elan ediblər.
Surrey bölgəsindəki səhiyyə rəsmiləri də bölgədəki bütün xəstəxanaların ciddi təzyiq altında olduğunu açıqlayıb.
Şimali Bristol Xəstəxanası da xüsusilə bu aydan etibarən qrip və tənəffüs xəstəliklərində əhəmiyyətli bir artım olduğunu bildirib.
NHS tərəfindən keçən həftə verilən açıqlamada qrip səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayının 4 dəfə artaraq yeni il öncəsi 5 mini keçdiyini açıqlayıb.
Açıqlamada Milad günündə xəstəxanalarda 4 min 102 qrip xəstəsi olduğu halda, bu rəqəmin 29 dekabr tarixinə təxminən 25 faiz artaraq 5 min 74-ə çatdığı ifadə edilib.
İngiltərənin Səhiyyə Naziri Ues Stritinq "Bu qış qriplə xəstəxanaya yerləşdirilən xəstələrin sayı keçən illə müqayisədə üç dəfə artıb və NHS-ə böyük təzyiq göstərir" ifadəsini işlədib.