Sağlamlıq Assosiasiyası 2024-cü ilə yekun vurub

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) İdarə Heyətinin ilin yekunlarına və 2025-ci illə bağlı fəaliyyətinə dair toplantısı keçirilib.
AFN.az xəbər verir ki, tədbirdə qurumun 2025-ci il üçün fəaliyyət və tədbirlər planı təsdiqlənib.
Faəliyyət planında assosiasiyasın strukturlaşması, marketinq və tədbirlər planı, kadr hazırlığı və təlim məsələləri, eyni zamanda yeni üzvlərin cəlb olunması və təşkilatın xidmətlərindən yararlanaraq, üzvlərə dəstək mexanizmləri öz əksini tapıb.
Görüşdə həmçinin ənənəyə sadiq qalaraq, yerli və beynəlxalq qurumlarla daha səmərəli işgüzar əməkdaşlıq məsələsi prioritet vəzifə kimi qeyd olunub.