ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib


ABŞ hakimiyyəti "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AŞ-ın dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir. Onun sözlərinə görə, ABŞ İvanişvilini Rusiyanın maraqları naminə Gürcüstanın demokratik və Avroatlantik gələcəyinə zərbə vurmaqda” ittiham edir.

Sanksiya siyahısına daxil edilməsi İvanişvilinin ABŞ-dakı aktivlərinin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin onunla biznes fəaliyyətinin qadağan edilməsi deməkdir. ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, məhdudiyyətlər İvanişvilinin pay sahibi olduğu şirkətlərə, əgər onlar ayrıca siyahıya daxil edilməyibsə, onlara şamil edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu