KİV: Suriya Mərkəzi Bankında 26 ton qızıl var


Suriya Mərkəzi Bankının (MB) qızıl ehtiyatı 2011-ci ildən bəri azalmayıb və ümumi dəyəri 2,2 milyard dollar olan təxminən 26 ton qızıl təşkil edir.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ölkənin Mərkəzi Bankının əsas anbarı ötən həftə Suriyada hakimiyyəti ələ keçirmiş qruplaşmaların nümayəndələri tərəfindən yoxlanılıb. Eyni zamanda agentliyin həmsöhbətlərinin fikrincə, Suriya Mərkəzi Bankında olduqca kiçik həcmdə nağd valyuta var. Mənbələrdən birinə görə, söhbət 200 milyon dollardan gedir, digəri isə bu rəqəmin “bir neçə yüz milyon” ola biləcəyini deyib. Bankın Suriya funt sterlinqində saxladığı ehtiyatları dollar ifadəsində təxminən eyni məbləğdə qiymətləndirilir.

Suriya Mərkəzi Bankından sonuncu dəfə 2010-cu ildə statistik məlumat alan Beynəlxalq Valyuta Fondunun məlumatına görə, onun valyuta ehtiyatları təxminən 14 milyard dollar olub.

Suriya Mərkəzi Bankının yeni rəhbərliyi və hakimiyyətdə olan fraksiyaların nümayəndələri "Reuters"ə bu rəqəmlərlə bağlı hər hansı açıqlama verməyiblər. Bundan əvvəl Britaniya agentliyi də mənbələrə istinadən iddia etmişdi ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Suriyadan yüz milyonlarla dollar nağd pul çıxara bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu