"Apple" kompüter siçanındakı əsas qüsuru aradan qaldıracaq
"Apple" yeni kompüter siçanı olan "Magic Mouse" buraxacaq.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Korporasiya 10 ildən sonra ilk dəfə Mac üçün yeni aksesuar təqdim edəcək - qurğunun sonuncu nəsli 2015-ci ildə buraxılıb.
"Apple" mühəndisləri cihazın əsas çatışmazlığını - korpusun aşağı hissəsində yerləşən doldurma portunu da aradan qaldıracaq. Bu dizaynla cihazı eyni anda doldurmaq və onunla işləmək mümkün deyil. Siçanın aşağı hissəsində yerləşən şarj konnektoru jurnalistlər və istifadəçilər tərəfindən dəfələrlə tənqid edilib.
Mütəxəssisin sözlərinə görə, "Apple" hələ də "Magic Mouse"un dizaynı üzərində işləyir. Onlar yaxın 12-18 ay ərzində aksesuarı təqdim etmək niyyətindədirlər.
“The Verge” jurnalının jurnalistləri qeyd ediblər ki, “Apple” siçanı doldurmaq üçün naqillərdən tamamilə imtina edə bilər. Nümunə olaraq, onlar "Logitech"dən əməliyyat zamanı xüsusi pad vasitəsilə doldurulan cihazı göstəriblər.