ABŞ hipersəs raketinin sınağını reallaşdırıb


ABŞ ordusu Floridada hipersəs raketini uğurla sınaqdan keçirib.


AFN.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

"ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələri bu yaxınlarda Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasından adi hipersəs raketinin kompleks uçuş sınağını uğurla həyata keçirib” - deyə qeyd edilən açıqlamada sınağın dəqiq nə vaxt baş verdiyi açıqlanmır. Pentaqon qeyd edib ki, bu, bu il ikinci uğurlu sınaqdır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro Floridadakı buraxılışı Vaşinqtonda mövcud olan ən qabaqcıl silah sistemlərindən birinin inkişafında mühüm mərhələ adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu