Çində 12 robot başqa bir robot tərəfindən qaçırılıb
Çində robototexnika şirkətinin salonunda baş verən maraqlı hadisə sosial mediada böyük əks-səda doğurub. Təhlükəsizlik kameralarına düşən görüntülərdən aydın olur ki, gecə saatlarında salona kiçik bir robot girərək 12 böyük ölçülü robotu arxasınca sürükləyib, onları “işlərini tərk etməyə” inandırıb.
Hadisənin avqust ayında Şanxayda baş verdiyi bildirilir. Görüntülər keçən həftə TikTok platformasında paylaşıldıqdan sonra viral olub.
Sərgi salonunda digər robotlarla ünsiyyət quran, daha sonra iki robotu “evə getməyə” inandıran, daha sonra isə onlara qoşulan qalan 10 robotun görüntüləri əvvəlcə əyləncəli fantastika kimi şərh edilib.
Lakin salonun sahibi olan şirkət hadisənin real olduğunu təsdiqləyib.
Kadrlarda kiçik robot böyük robotlara bu sualı verir:
- İş vaxtından artıq işləyirsən?
Böyük robotlardan biri cavab verir:
- Mən heç vaxt bitməmişəm.
- Onda evə getmirsən?
- Mənim evim yoxdur.
- Onda mənimlə gəl - deyən balaca robot onları çölə aparır.
İki böyük robot əvvəlcə kiçik robotu izləyir, sonradan digər 10 robot kiçik robotun “Evə get” əmri ilə salondan ayrılır.
Hadisənin reallığı sosial mediada mübahisələr yaratsa da, noyabrın 11-də Hançjouda yerləşən robototexnika şirkəti kiçik robotun öz modeli olduğunu və “qaçırma” hadisəsinin idarə olunan sınaq çərçivəsində həyata keçirildiyini açıqlayıb.
Şirkət Şanxaydakı istehsalçı ilə əməkdaşlıq edərək sərgi salonuna daxil olmaq üçün icazə aldıqlarını və süni intellektlə dəstəklənən robotlarına digər robotları “inandırmaq” tapşırığını verdiklərini bildirib. Şirkət rəsmiləri “Heç bir şey saxta deyildi. Robotumuz həqiqətən buna nail oldu" - deyə açıqlama veriblər.
Şanxay şirkəti kiçik robotun salondakı daha böyük robotların daxili protokollarına çıxış əldə etdiyini və bunun "demək olar ki, qeyri-mümkün" olduğunu bildirib.
Bu hadisə sosial şəbəkələrdə həm heyranlıq, həm də narahatlıq yaradıb.
Bəzi istifadəçilər süni intellektin bu səviyyədə imkanlara malik olmasının qorxulu olduğunu bildiriblər. B
Robotların belə qabaqcıl sosial qabiliyyətlər nümayiş etdirə bilməsi süni intellektin təhlükəsizliyi və etika məsələlərini bir daha gündəmə gətirib.