İran uçuşlarda mobil telefondan başqa elektron rabitə vasitələrini qadağan edib
İran uçuşlarda mobil telefondan başqa elektron rabitə vasitələrini qadağan edib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Mülki Aviasiya Qurumunun sözçüsü Cafer Yazırlu bildirib ki, uçuş təhlükəsizliyini təmin etmək üçün cib telefonları istisna olmaqla, peycer kimi elektron rabitə vasitələrinin təyyarəyə götürülməsi qadağandır.
Yazırlu sözügedən qadağanın sərnişin salonu və yük bölməsini də əhatə etdiyini və sərnişinlərin təyyarədə cib telefonlarından başqa elektron rabitə vasitələrini daşımaması lazım olduğunu bildirib.
Mənbə: AA