ABŞ-lı qadın Fələstin əsilli 3 yaşlı uşağı boğmağa cəhd etdi


ABŞ-ın Texas ştatında Fələstin əsilli 3 yaşlı uşağı boğmağa cəhd edən Elizabet Volf adlı qadın məhkəmədə təqsirli bilinib.


"CBS News"un məlumatına görə, “nifrət cinayəti” ilə yanaşı, “öldürməyə cəhd və 15 yaşından kiçik uşağa qəsdən xəsarət yetirmək” ittihamları ilə mühakimə olunan 42 yaşlı Volfun işinə Terran Rayon Məhkəməsində baxılıb. Məhkəmə Volfu təqsirli bilib.

Amerika-İslam Əlaqələri Şurasının (CAIR) verdiyi açıqlamada uşağın ailəsinin münsiflər heyətinin qərarından razı qaldığı bildirilib.

Fələstin əsilli ana və 3 və 6 yaşlı uşaqları ilə mayın 19-da yaşadıqları kompleksin hovuzuna enib, amerikalı Elizabeth Volf isə hicablı anadan haradan olduqlarını soruşduqdan sonra hovuza girib. İrqçi açıqlamalar verən Volf daha sonra uşaqlara hücum edib.

Uşaqların anası dərhal hovuza tullanararaq, 6 yaşlı uşağı Wolfun əlindən xilas edib. Anaya hücum edən qadın 3 yaşlı kiçik qızı suyun altına basıb. Hadisə yerində olan afroamerikalı ananı və 3 yaşlı uşağını xilas edib.

42 yaşlı Volf adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb və onun girovu 1 milyon dollar təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu