Yaponiyanın keçmiş müdafiə naziri LDP liderliyinə namizəd olacaq


Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba qalib gələn ölkənin növbəti baş nazir olacağı hakim Liberal Demokrat Partiyasının (LDP) sədrliyinə qarşıdan gələn seçkilərdə namizəd kimi iştirak edəcəyini açıqlayıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, b, bu barədə doğulduğu Yazu şəhərində çıxışı zamanı bildirib.

"Mən Liberal Demokrat Partiyasının sədri seçilmək üçün namizədliyimi irəli sürürəm. 38 illik siyasi karyeramın kulminasiya nöqtəsi olaraq, köklərimə qayıtmaq və bütün qəlbimlə və canımla dəstəyinizi axtarmaq üçün bundan son döyüşüm kimi istifadə edəcəyəm" - deyə yapon mediası onun sözlərindən sitat gətirib.

İşiba 2007-2008-ci illərdə müdafiə naziri olub. 2008-2009-cu illərdə kənd təsərrüfatı idarəsinə rəhbərlik edib. 2012-2014-cü illərdə LDP-nin baş katibi vəzifəsində çalışıb. İşiba məşhur siyasətçi hesab olunur. "Nikkei" qəzetinin son sorğusuna görə, o, yaponların növbəti hökumət başçısı olmağa ən uyğun hesab etdikləri reytinqdə ikinci yeri tutub. Ondan irəlidə yalnız keçmiş baş nazir Juniçiro Koizuminin oğlu olan keçmiş ətraf mühit naziri Şinjiro Koizumi dayanır.

Yaponiyanın hakim LDP-nin növbəti baş nazir olacaq yeni sədrinə seçkilər sentyabrın 27-də keçiriləcək. Hazırkı baş nazir Fumio Kişida daha əvvəl seçkilərdə namizəd kimi iştirak etməyəcəyini və hökumət başçısı postunu tərk edəcəyini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu