Cənubi Afrikanın milli zooparkındakı sonuncu fil 40 ildən sonra təbiətə buraxılıb


Cənubi Afrikanın yeganə milli zooparkında qalan sonuncu fil 40 ildən sonra təbiətə buraxılıb.



Cənubi Afrika heyvan haqları təşkilatı EMS Fondundan verilən açıqlamada Cənubi Afrika Milli Zooparkındakı son fil olan Çarli Limpopo əyalətindəki xüsusi təbiət qoruğuna köçürülüb.

Açıqlamada qeyd edilib ki, 40 il əvvəl Zimbabvenin Hvanqe Milli Parkından Cənubi Afrikaya qaçırılan və sirk heyvanı olmaq üçün öyrədilən Çarli 2001-ci ildən bəri saxlandığı bu zooparkdan təbiətə buraxılan ilk fildir.

Bəyanatda fillərin zooparklarda əziyyət çəkdiyi və əsirlikdə saxlanmağa layiq olmadığına dair elmi dəlillərin təqdim edilməsindən sonra Çarlinin təbiətə buraxılmasının Cənubi Afrika hökuməti ilə uzun illər aparılan danışıqların nəticəsi olduğu və lazımi dəstəyin veriləcəyi vurğulanıb.

Açıqlamada ölkənin icra hakimiyyətinin paytaxtı Pretoriyada yerləşən Cənubi Afrika Milli Zooparkının fil bölməsinin həmişəlik bağlanacağı da paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu