Bloomberg: Kiyevin bəzi müttəfiqləri hərbi yardım vədlərini yerinə yetirmirlər


Ukraynanın bəzi NATO müttəfiqləri alyansın Vaşinqtonda keçirilən sammitində razılaşdırılan hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikanın tədarükünün sürətləndirilməsi ilə bağlı vədlərini yerinə yetirmir.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Kiyevin bir neçə müttəfiqi öz öhdəliklərini yerinə yetirməyib. Bura ən azı beş əlavə uzun mənzilli sistemlərin çatdırılması ilə bağlı vədlər də daxildir. Agentliyin qeyd etdiyi kimi, bu vədlərin payıza qədər yerinə yetirilməsi ehtimalı azdır. "Bloomberg" qeyd edir ki, Ukraynaya dəstək qeyri-bərabər olaraq qalır.

İyul ayında Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və digər 17 ölkənin liderləri Kiyevin kompleks təhlükəsizlik ehtiyaclarını ödəmək üçün kollektiv səyləri əlaqələndirmək və sürətləndirmək məqsədi ilə Ukraynaya dəstək verməyə yönəlmiş təşəbbüslər paketi qəbul ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu