“WhatsApp” fayl paylaşma funksiyasını təqdim edib


"WhatsApp" messencerinin yenilənməsinin yeni beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl mübadiləsi aparmağa imkan verən funksiya aşkarlanıb.



Bu barədə iyulun 20-də "WABetaInfo" portalı məlumat yayıb.

Yenilik “WhatsApp”ın "iOS" üçün beta versiyasında müşahidə edilib və oxşar funksiya “Android” üçün də hazırlanır. Portalın məlumatına görə, istifadəçilər internet bağlantısı olmayan yaxınlıqdakı cihazlara sənədləri, fotoları, videoları və digər faylları ötürə biləcəklər.

Yaxınlıqdakı alıcıları avtomatik axtaracaq "Android" versiyasından fərqli olaraq, "iOS" faylları ötürmək üçün xüsusi QR kodu skan etməyi tələb edəcək.

Yenilik həm də şifrələmə ilə qorunacaq.

"WABetaInfo" qeyd edib ki, funksiya erkən inkişaf mərhələsindədir, ona görə də son versiya kəşf ediləndən çox fərqli ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu