Slovakiyanın güllələnən baş nazirinin səhhəti yaxşıdır
Mayın 15-də sui-qəsdə uğrayan Slovakiyanın baş naziri Robert Fikonun səhhəti yaxşılaşır və o, sağalır.
“Radio Slovensko” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Robert Kalinyak deyib.
"Cənab Baş nazirin sağlamlıq vəziyyəti yaxşılaşır" - deyə müdafiə naziri bildirib. O, həmçinin əlavə edib ki, Fiko artıq evdə müalicə alır və reabilitasiyadan keçir.
Həmçinin Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib ki, Fiko işə bir neçə aydan tez olmayaraq qayıda bilər.