İlon Mask başqa bir insanı da çipləmək istəyir


İlon Maska məxsus "Neuralink" startapı çiplənmək istəyən insanların müraciətlərini qəbul etməyə başlayıb.



Bu barədə sahibkar öz X hesabında yazıb.

"Neuralink proqramın ikinci iştirakçısı üçün müraciətləri qəbul edir", deyə Mask qeyd edib. Onun sözlərinə görə, daha bir çiplənmiş könüllüyə “Telepatiya” kibernetik beyin implantı veriləcək, onun vasitəsilə o, düşüncə gücü ilə smartfon və kompüteri idarə edə biləcək.

"Tesla" və "SpaceX"in sahibi həmçinin vurğulayıb ki, ilk çiplənmiş insan, 29 yaşlı amerikalı Nolan Arbo özünü yaxşı hiss edir və həyatdan həzz alır.

Qeyd edək ki, Mask tərəfindən mikroçiplənən Nolan Arbo suya uğursuz bir dalışdan sonra boynundan aşağı iflic olub. Layihənin könüllüsü bildirib ki, neyron interfeys onun həyatını dəyişib – bu, ona internetdən tam istifadə etməyə, sosial şəbəkələrdə mesajlar dərc etməyə və oyunlar oynamağa imkan verib.

Mayın ortalarında Reuters mənbələri "Neuralink"in uzun müddətdir xəstənin beynini tərk edən implant kontaktları problemi ilə mübarizə apardığını söyləmişdi. İlk mikroçipli şəxs Nolan Arbo da oxşar problemlə üzləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu