Həbsdə olan Dilan Polat intihara cəhd etdi


Hazırda həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polat intihara təşəbbüs edib.


"Ölmək istəyirəm" deyən Dilanın müayinə zamanı bədənində kəsik izləri aşkarlanıb.

O, bıçaqla ən çox qollarına zərər yetirib.

Bununla bağlı fenomenin vəkili Hüseyin Kaya açıqlama yayıb. O bildirib ki, Dilan Polatın özünə zərər verdiyi doğrudur. Lakin bunu nə ilə etdiyi bəlli deyil.

Xatırladaq ki, noyabrın 5-də sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub.

Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.
Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb./BAKU.WS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu