İrlandiya 6 İsrail şirkətinə qoyduğu milyonlarla avro sərmayəni geri çəkməyə qərar verib


İrlandiya işğal altındakı Fələstin ərazilərindəki fəaliyyətlərinə görə iri banklar da daxil olmaqla 6 İsrail şirkətindən milyonlarla avroluq sərmayəni geri çəkməyə qərar verib.


İrlandiya Maliyyə Nazirliyindən verilən açıqlamada İrlandiya Milli Xəzinə İdarəetmə Agentliyinin (NTMA) İrlandiya Strateji İnvestisiya Fondunda (ISIF) qlobal səhm portfelindən 2,95 milyon avro satmağa qərar verdiyini təsdiqlənib.

Bəyanatda qiymətləndirmələri yer alan İrlandiya maliyyə naziri Maykl Makgrat işğal altındakı Fələstin torpaqlarındakı fəaliyyətlərinə görə böyük bankların da olduğu 6 İsrail şirkətindəki dövlət investisiya fondunu sərəncam verəcəklərini açıqlayıb.

Nazir Makgrat investisiyaların geri çəkilməsini düzgün qərar kimi qiymətləndirib: "ISIF, bu investisiyaların risk profilinin artıq investisiya parametrləri daxilində olmadığını və bu investisiyaların kommersiya məqsədlərinə digər investisiyalar vasitəsilə nail oluna biləcəyini müəyyən etdi. Qərar ən qısa zamanda yaxın həftələrdə həyata keçiriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu