PKK-nın liderindən biri olan Hüsnü Kümək zərərsizləşdirildi


MİT İraqın şimalında Süleymaniyyədə keçirdiyi əməliyyatla terror təşkilatı PKK-nın Süleymaniyyə liderlərindən adlandırılan Hüsnü Küməyi zərərsizləşdirib.



Vaxtilə PKK İcraiyyə Şurasının həmsədri Cəmil Bayık və İcra Şurası üzvü Duran Kalkanın kuryeri və mühafizəçisi olan Hüsnü Küməyin Süleymaniyyədə gizli fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib.

PKK-nın kəşfiyyat qurumlarından biri olan NLP-də xüsusi vəzifələr yerinə yetirən, Süleymaniyyə və Kelardakı təşkilata dəstək verən dairələr üçün təlim fəaliyyətləri təşkil edən Hüsnü Küməyin işlədiyi müddətdə əldə etdiyi kəşfiyyat məlumatları təşkilatın yüksək səviyyəli rəhbərliyinə çatdırdığı öyrənilib.

MİT Küməyin gizləndiyi yeri Süleymaniyyədəki sahə agentləri sayəsində müəyyən edib. Toplanan kəşfiyyat məlumatlarından sonra terrorçunun zərərsizləşdirilməsi üçün hərtərəfli işlərə başlanılıb.

Əlverişli şərait nəticəsində MİT-in Süleymaniyyədə təşkil etdiyi nöqtə əməliyyatında KCK-NLP üzvü Hüsnü Kümək zərərsizləşdirilib.

Mənbə:AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu