YouTube-un keçmiş rəhbərinin oğlu ölü tapılıb
YouTube-un keçmiş baş direktoru Syuzan Voyçikinin 19 yaşlı oğlu Marko Troper kollec yataqxanasında ölü tapılıb.
Troper Berkli Kaliforniya Universitetinin Klark Kerr Kampusunda yataq otağında ölü tapılıb. Troperin ölüm səbəbi məlum deyil.
Marko Troperin nənəsi Esther Woycicki nəvəsinin həddindən artıq dozada dərman qəbul etməsindən ölə biləcəyini söyləyib.