Blinken: Fələstinli mülki şəxslər şərait imkan verən kimi evlərinə qayıda bilməlidirlər


ABŞ-ın dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri zaman fələstinli mülki şəxslərin şərait imkan verən kimi evlərinə qayıda bilməli olduqların deyib.


Blinken Qətərin paytaxtı Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə mətbuat konfransı keçirib.

Blinken fələstinlilərin Qəzzanı tərk etməyə məcbur edilə bilməyəcəyini və edilməməli olduğunu da vurğulayıb.

Fələstinlilərin Qəzzadan köçməsi ilə bağlı son günlər İsrail siyasətçiləri və rəsmilərinin dəfələrlə verdiyi açıqlamalara toxunan Blinken, bu cür bəyanatları rədd etdiklərini bildirib. Blinken sözügedən ritorikanın məsuliyyətsiz olduğunu və vəziyyəti daha da çətinləşdirdiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu