Mark Zukerberq qiyamət gününə hazırlaşır: Sığınacaq inşa etdirir - FOTO


Meta şirkətinin rəhbəri Mark Zukerberq özü və ailəsinin yaşaması üçün sığınacaq inşa etdirir.


BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni 100 milyon dollarlıq ev Havay adaları yaxınlığında okeanın ortasında tikiləcək.

Sığınacaqda lüks malikanələr, uzun müddət qida saxlanılması üçün nəzərdə tutulan konteynerlər və təbii enerji mənbələri olacaq.

"Koolau" adlı bahalı mülk 5 000 kvadratmetr sahəni əhatə edəcək. Sığınacaq partlayışa davamlı möhkəm beton piltələrdən inşa ediləcək. Kompleksdə 30 yataq və 30 vanna otağı, eyni zamanda bir neçə qonaq olatğı olacaq.

Hər otaqda xeyli sayda kameralar quraşdırılacaq.

Bu sadəcə Zukerberq və ailəsi üçün lüks bir malikanə deyil, eyni zamanda qiyamət günü yaxınlaşdıqda sığınmaq üçün təhlükəsiz məkan olacaq.
Layihə üçün ümumilikdə 270 nilyon dollardan artıq pul xərclənəcək. 1400 kvadratmetr sahədə meyvə və tərəvəz becəriləcək.

Mark bu layihəni gizli saxlamağa çalışır. O tikinti işlətinin başlanacağı ərazini hasarladıb və işçilərlə məlumatların gizli saxlanılmasına aid müqavilələr imzalanaıb.

Zukerberq bu ərazini əldə etmək üçün 170 milyon dollar pul xərcləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu