İran XİN ABŞ-a onun obyektlərinə hücuma ağlasığmaz cavab verəcəyi barədə xəbərdarlıq edib


Əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirərsə, cavab bütün təsəvvürlərdən kənar olacaq.


“Vedomosti” xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami Minskdə Avrasiya təhlükəsizliyinə dair yüksək səviyyəli konfransın kuluarlarında jurnalistlərə deyib.

“Fələstinliləri və Qəzza zolağının sakinlərini qorumaq üçün lazımi tədbirləri bütün ölkələr görməlidir. ABŞ-ın bizi zərbələrlə hədələməsi ilk dəfə deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş versə, bu cür səhvlərə yol versələr, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq”, - deyə Ol-İslami bildirib.

O qeyd edib ki, İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edib və bunu davam etdirəcək.

İran xarici işlər nazirinin müavini əlavə edib ki, suriyalılar öz ölkələrini özləri müdafiə edə bilərlər, lakin yardım istəsələr, İran onlara dəstək verəcək.

“Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. İndi biz İraq və digərləri ilə birlikdə münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edirik”, - Ol-İslami vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu