Fatih Altaylı: “Azərbaycan Qranadaya getməməklə ən doğru olanı etdi”
Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı Azərbaycanın İspaniyanın Qranada şəhərində keçirilən görüşə getməməsinə münasibət bildirib.
AFN.az xəbər verir ki, bu barədə o, özünün Youtube kanalında danışıb.
“Bunlar (Fransa, Almaniya-red.) illərcə Azərbaycan torpaqlarının işğalına göz yumdular, tüklərini belə tərpədmədilər. Bu gün gəldiyimiz an etibarı ilə gördük ki , Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etdi. Bununla da vaxtilə öz yurdlarından didərgin edilmiş milyona yaxın Azərbaycan türkünün geri dönməsinə imkan açıldı. Vaxtilə Azərbaycan bu məsələdə hər cür hüquqsuzluğa məruz qalmışkən heç bir şey etməyən bu dövlətlərin indi ortalığı qarışdırıb, Azərbaycana “gəl masaya otur” deməsindən daha alçaq, daha mənasız, daha beynəlxalq hüquqa zidd heç nə yoxdur. Azərbaycan bunlardan sadəcə müzakirələrdə Türkiyənin yanında olmasını istədi.
Bakının dediyi nə idi: madam ki, qarşımda bir cəbhə qurursuz, mən də yanımda əlini tutacağım bir ölkə görmək istəyirəm. Azərbaycan tələbində sonuna qədər haqlıdır. Mən də onların yerinə olsam həmin masaya oturmaram. Çünki o masa alçaqlıq masasadır və Azərbaycana qarşı alçaqca davranılıb. Azərbaycan türklərinin öldürülməsinə göz yumanlar, indi heç incidilmədikləri halda ermənilər üçün vay-şüvən qoparırlar. Buna qarşı gəlmək Azərbaycanın ən təbii haqqıdır”,-deyə Fatih Altaylı söyləyib.