Aİ Şimali Koreyanın Rusiyaya hərbi yardım göstərəcəyi təqdirdə ona qarşı tədbir görməyə hazırdır


Pxenyanın Moskvaya hərbi yardım göstərəcəyi təqdirdə Avropa İttifaqı Şimali Koreyaya qarşı tədbirlər görməyə hazırdır.


Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında icmanın xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano deyib.

“Şimali Koreyanın Rusiyaya hər hansı yardım göstərməsi nəticəsiz qalmayacaq. Biz müvafiq tədbirlərlə cavab verməyə hazırıq”.

Stanonun sözlərinə görə, Aİ təkcə Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını deyil, həm də Moskvanı dəstəkləyən hər kəsi pisləyir. "Biz Şimali Koreyanı Rusiyaya hər hansı dəstəyi dayandırmağa çağırırıq", - o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu