Polşada legionella bakteriyasından ölənlərin sayı 16-ya yüksəlib


Polşada ağciyər xəstəliyinin bir növü - legionella bakteriyasından həyatını itirənlərin sayı 16-ya yüksəlib.


Ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.

Rzeşov Sağlamlıq Müfəttişliyinin rəhbəri Jaromir Şlaçka verdiyi açıqlamada həyatını itirən 16 nəfərin hamısının hazırda digər xəstəliklərə görə müalicə aldığını bildirib.

Rəsmilərin verdiyi açıqlamaya görə, legionella bakteriyası səbəbiylə ümumilikdə 16 nəfər həyatını itirməklə yanaşı, ən azı 155 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, epidemiya başlayandan bəri ölkə üzrə ən azı 155 yoluxmuş adam xəstəxanaya yerləşdirilib.

Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi müalicə edilmədikdə tənəffüs və çoxlu orqan çatışmazlığına və ölümə səbəb ola bilir.

Ümumiyyətlə süni su sistemlərində rast gəlinən legionella bakteriyaları daha çox səmərəliliyi azaltmamaq üçün daha az dezinfeksiya edilən binalarda və otel, yataqxana, xəstəxana kimi bir çox insanın istifadə etdiyi binalarda görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu