Yunanıstanda meşə yanğınında 18 miqrant ölüb


Yunanıstanda yanğınların davam etdiyi Evros bölgəsindəki meşəlik ərazidə 18 nəfərin cəsədi tapılıb. Yunanıstan dövlət kanalı ölənlərin mühacir olduğunu açıqlayıb.


Yanğınsöndürmə briqadasının sözçüsü Yannis Artopiosun verdiyi açıqlamaya görə, itkin düşmüş şəxslərlə bağlı məlumat verilməyən bölgədə Dadia meşəsində 18 cəsəd tapılıb.

Meyitlərin Meriçdən Yunanıstana daxil olan qeyri-qanuni miqrantlara aid olduğu təxmin edilir.

Ötən gün rayon ərazisində baş verən yanğınla əlaqədar bir çox yaşayış məntəqələrində təxliyə edilib, rayon sakinlərinə mobil telefondan uzaq durmaları ilə bağlı xəbərdarlıq mesajı göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu