İstanbulda zəlzələ riski altında olan məktəblər boşaldılıb


İstanbul valisi Davud Gül şəhərdə zəlzələ riski olan bütün məktəblərin boşaldıldığını bildirib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, möhkəmləndirilməsi və ya yenidən qurulmasına qərar verilən 51 məktəbin 2024-cü ilin yanvar ayında, 93 məktəbin isə 2024-2025-ci illərdə istifadəyə veriləcəyini bildirib.

Davud Gül İstanbul valiliyinin 17 fevral qərarı ilə yenidən qurulması və ya sökülməsi qərara alınan 93 məktəblə bağlı açıqlama verərək, 1999-cu ildə Gölcük zəlzələsindən sonra binalardakı standartların dəyişdiyini bildirib. Bu çərçivədə 1999-cu il zəlzələsindən əvvəl tikilən məktəblərin dayanıqlığının artırılması üçün səylər göstərildiyini xatırladan vali 2006-cı ildə xüsusi layihə koordinasiya qrupunun yaradıldığını vurğulayıb.

Gül son 6 ayda boşaldılan məktəblərdən 68-nin sökülərək yenidən tikiləcəyini, 25-nin gücləndiriləcəyin, 51 məktəbin 2024-cü ilin yanvarında təhsilə açılacağını, 93 məktəbin isə 2024-cü ilin yanvarında təhsilə açılacağını bildirib.

Gücləndirmə və yenidənqurma işlərinə ayrılan büdcə 40 milyard lirə təşkil edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu