Botlar "Mən robot deyiləm" testini insanlardan daha yaxşı keçirlər


Kaliforniya Universitetində bir qrup tədqiqatçının araşdırmasına görə, avtomatlaşdırılmış botlar “Mən robot deyiləm” testində insanlardan daha yüksək nəticə göstərib.


Tədqiqatçılar tərəfindən aparılan hərtərəfli araşdırmada ən populyar 200 internet saytı araşdırılıb və onlardan 120-nin təhlükəsizliyini təmin etmək üçün Captcha-dan istifadə etdiyi müəyyən edilib.

Captcha vebsaytların zərərli proqramları bloklamaq üçün istifadə etdiyi təhlükəsizlik tədbiridir. Bu tədbir istifadəçilərdən bot olmadıqlarını sübut etmək üçün testlərdən keçmələrini xahiş edir. Araşdırmalar nəticəsində məlum olub ki, avtomatlaşdırılmış botlar bu testi insanlardan daha sürətli və daha uğurla həll edə bilir.

Tədqiqatçılar bu testləri müxtəlif yaş, cins, təhsil səviyyələri və coğrafi yerlərdən olan 1000 iştirakçı ilə keçirib.

Paylaşılan hesabatda insanların bəzi Captcha testlərini 9-15 saniyə ərzində 50-84 faiz dəqiqliklə həll etdiyi halda, avtomatlaşdırılmış botların onları 1 saniyədən az müddətdə və 85-100 faiz dəqiqliklə həll etdiyi bildirilib.

Tədqiqatçılar mövcud Captcha üsullarının avtomatik botların qarşısını almaq üçün yetərli olmadığını vurğulasa da, bunun internet təhlükəsizliyini riskə ataraq zərərli hərəkətlərin yayılmasına səbəb ola biləcəyini və bu səbəbdən daha təsirli təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu deyirlər.

20 ildən artıqdır mövcud olan Captcha-nın məqsədi avtomatlaşdırılmış botların vebsaytlarda zərərli fəaliyyətlə məşğul olmasının qarşısını almaqdır. Bu cür zərərli fəaliyyətlərə spam e-poçtların göndərilməsi, zərərli proqramların yayılması və saxta hesabların yaradılması daxil ola bilər. Captcha isə istifadəçiyə onların insan olub-olmadığını yoxlamağa imkan verən vizual və ya audio əsaslı suallar verir.

Captcha-nın bir çox versiyaları var. Məsələn, bir veb-saytda sizdən fotodakı svetoforları seçməyinizi, başqa bir vebsaytda isə ekrandakı riyaziyyatı tamamlamağınızı xahiş edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu