Hava ilə bağlı əhaliyə xəbərdarlıq: Tez-tez maye qəbul edin, günvurmadan qorunun


Hava şəraiti ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edilib.


Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə, həftəsonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir:

“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu