Netanyahu hakimlərin seçim komitəsinin dəyişdirilməsi ilə bağlı yeni qanun layihəsi təklif edir


İsrailin baş naziri Benyamin Netanyahu Ali Məhkəmənin bir çox səlahiyyətlərini əlindən ala biləcək qanun layihəsinə etirazlar dalğası fonunda hakimləri seçən komitəni dəyişdirməyə çalışacağını söyləyib.


AFN.az xəbər verir ki, o, "Bloomberg"in məhkəmə sistemi ilə bağlı qanunvericilikdə növbəti addım barədə sualını cabablandırarkən "Yəqin ki, bu, hakimləri seçən komitənin tərkibi ilə bağlı olacaq" deyə cavab verib.

Qanun layihəsinin tərəfdarları onun hakimiyyət qolları arasında tarazlığı bərpa etdiyini, əleyhinə olanlar isə hökumətin səlahiyyətlərinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını deyirlər. Məhkəmə sisteminin planlaşdırılan əsaslı islahatı həm ölkə daxilində, həm də xaricdə ümummilli etirazlara və tənqidlərə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu