Nazir sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə istefa verib


Yeni Zelandiyanın ədliyyə naziri, 39 yaşlı Kiri Allan avtomobil qəzasından sonra saxlanıldıqdan və sərxoş olduğu üzə çıxdıqdan sonra istefa verib.


Bazar günü gecə Vellinqtonda baş verən yol qəzasında ölən və ya xəsarət alan olmayıb.

Həbs edildikdən sonra Allan polis bölməsinə aparılıb və orada dörd saat saxlandıqdan sonra sərbəst buraxılıb. Allan daha sonra ona qarşı irəli sürülən ittihamlarla məhkəmə qarşısına çıxacaq. Sabiq nazir hələlik deputat olaraq qalacaq.

Mövzu ilə bağlı mətbuat konfransı keçirən Baş nazir Chris Hipkins, “O, nazir olaraq vəzifəsinin davam etdirilməsinin davamlı olmadığına əmindir. Xüsusilə də ədliyyə naziri kimi...” ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu