Polşada kiçik təyyarə anqara düşüb: 5 nəfər ölüb, 8 nəfər yaralanıb

Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
BBC-nin xəbərinə görə, Cessna 208 təyyarəsi Varşavadan 47 kilometr aralıda yerləşən Chrcynno kəndindəki anqarda qəzaya uğrayıb.
Qəza yerinə 4 helikopter və 10 təcili yardım maşını göndərilib.
Polis qəzada 5 nəfərin, təyyarədə 3, anqarda isə 2 nəfərin öldüyünü, anqarda olan 8 nəfərin yaralandığını açıqlayıb.
Qəzadan əvvəl 13 nəfərin pis hava şəraitindən qorunmaq üçün anqara sığındığı açıqlanıb.
Səlahiyyətlilər qəzanın ehtimal olunan səbəbinin pis hava şəraiti olduğu barədə məlumat paylaşıblar.