Rəcəb Tayyib Ərdoğan: "Biz Əsədlə görüş nöqtəsində qapalı deyilik"


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransı keçirib.


Mətbuat konfransında Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı bunları qeyd edib:

"Suriya ilə qapını bağlamaq kimi bir vəziyyətimiz yoxdur. Qapı açıqdır, bu dördlü zirvələrlə bağlı, biz də bu dördlü sammitləri keçirməliyik, amma Bəşər Əsədlə görüş nöqtəsində bağlı deyilik. Görüşənədək, hər şey onların bizə yanaşma tərzi ilə bağlıdır. Hazırda Əsəd təəssüf ki, Türkiyənin Suriyanın şimalından çıxmasını istəyir. Belə bir şey ola bilməz. Çünki biz orada terrorla mübarizə aparırıq. Biz sərhədlərimizdə terrorçularla mübarizə aparırıq. Demək istədiyim odur ki, sərhədlərimizdə bu terrorçular ola-ola necə çıxa bilərik? Oradan daim təhdid altında olan bir Türkiyə var. Eyni ifadəni müxtəlif ölkələrə də işlədə bilərmi? Xeyr, işlədə bilməz, ona görə də ədalətli yanaşma axtarırıq. Bu ədalətli yanaşmadan sonra heç bir problem yoxdur, biz bunların hamısının öhdəsindən gələcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu