Qırğızıstan yeni hərbi doktrinanı təsdiqləyib


Qırğızıstan prezidenti Sadır Japarov ordunu gücləndirmək məqsədi daşıyan yeni hərbi doktrinanı təsdiqləyib.


Bu barədə TASS yazıb. Yeni doktrinanın yaranmasına dövlət idarəçiliyinin dəyişmiş sistemi, dünyada və Mərkəzi Asiya regionunda hərbi-siyasi vəziyyət səbəb olub.

Sənədə əsasən, ordunun gücləndirilməsi “tərkibinin, strukturunun, tapşırıqlarının və hərtərəfli təminat məsələlərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi” hesabına baş verəcək.

Doktrinada həmçinin bildirilir ki, Qırğızıstan gələcəkdə ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsində iştirak edən dövlət və hərbi hakimiyyət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini gücləndirməyə çalışmaq niyyətindədir.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində su və otlaqlara çıxışla bağlı ərazi mübahisələri səbəbindən vaxtaşırı hərbi toqquşmalar baş verir. Sonuncu ən böyük qarşıdurma 2022-ci ilin sentyabrında baş verib və hadisə yüzdən çox insanın ölümünə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu