Avstriya ümumavropa hava hücumundan müdafiə sisteminə qoşulmağa hazırlaşır


Avstriya vahid Avropa hava və raket əleyhinə müdafiə sistemi olan "European Sky Shield" sisteminə qoşulmaq niyyətindədir. Hökumət hesab edir ki, belə bir addım ölkənin neytral statusuna zidd deyil.


AFN.az-ın xəbərinə görə, bu barədə yerli media espublikanın kansleri Karl Nehammerə istinadən məlumat verib.

"Sky Shield" hava məkanının lazımi mühafizəsini təmin edir ki, bu da təhlükələrin vaxtında və effektiv aradan qaldırılmasına imkan verəcək. Hazırda Avstriyanın necə iştirak edə biləcəyi ilə bağlı müzakirələr aparılır. Avstriyanın neytrallığı sarsılmaz olaraq qalır", - siyasətçi Twitter-də yazıb.

O qeyd edib ki, ölkə özünü raketlərdən və dronlardan qorumaq üçün tədbirlər görməlidir. Kanslerin sözlərinə görə, Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlaması ilə dünyada daha çox təhdidlər yaranıb.

Avstriyanın müdafiə naziri Klaudiya Tanner bu qərarı müdafiə siyasəti tarixində əlamətdar hadisə adlandırıb. Onun sözlərinə görə, hazırda respublikanın təşəbbüsdə iştirakının necə olacağı ilə bağlı müzakirələr gedir.

Tanner iyulun 7-də Berndə Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşməyi planlaşdırır. Görüşdə nazir təşəbbüsdə iştirak etmək haqqında saziş imzalamaq niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu