Rusiya Ukrayna şirkətinə 5 milyard dollar ödəməlidir - Haaqa məhkəməsinin qərarı açıqlandı


Beynəlxalq Arbitraj Məhkəməsi Rusiya Federasiyasına Krımda dəymiş ziyana görə "Naftoqaz Ukrainy"yə təzminat ödəməyi əmr edib.


AFN.az xəbər verir ki, bu barədə "Naftoqaz"ın feyzbuk səhifəsində məlumat verilib. Bildirilir ki, qərarı aprelin 12-də tribunal qəbul edib.

"Rusiya Krımdakı aktivlərin ələ keçirilməsi nəticəsində dəymiş zərərə görə "Naftoqaz"a 5 milyard dollar kompensasiya ödəməyə məcburdur. Haaqa Daimi Arbitraj Məhkəməsi nəzdində Arbitraj Məhkəməsi müvafiq qərarı 12 aprel 2023-cü ildə qəbul edib. Biz qazma qurğularını, qaz kəmərlərini, öz parkımızı və inzibati binalarımızı itirmişik", - deyə şirkətdən bildirilib.

“Naftoqaz”dan o da qeyd edilib ki, Moskva məhkəmənin qərarını yerinə yetirməsə, 1958-ci il Nyu-York Konvensiyasına əsasən, “Naftoqaz”ın aktivlərinin olduğu dövlətlərin ərazisində qərarın tanınması və icrasına buraxılması prosesinə başlamaq hüququ var.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib məsələyə münasibət bildirib. O, deyib ki, Haaqanın Krımdakı aktivlərinə görə Kiyevə 5 milyard dollar ödəmək tələbi ilk növbədə öyrənilməlidir. "Məhkəmənin Rusiyadan Ukraynanın "Naftoqaz" şirkətinə Krımda aktivlərinin itirilməsinə görə 5 milyard dollar təzminat ödəməsi qərarı əvvəlcə təhlil edilməli, daha sonra gələcək addımlar müəyyən edilməlidir. Bu işdə bizim hüquqlarımızı qorumaqla məşğul olan mütəxəssislərimiz indi təhlil edib, gələcək addımlar barədə qərar verəcəklər" - deyə Peskov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu