İran yeni PUA-nın uğurla sınaqdan keçirildiyini elan edib


İslam İnqilabı Keşikçiləri Korpusu (İRC) yeni "Me'raj-532" kamikadze pilotsuz uçan aparatının uğurla sınaqdan keçirildiyini açıqlayıb.


AFN.az bu barədə "Tasnim"ə istinadən xəbər verir.

Bildirilir ki, bu pilotsuz təyyarə 450 km məsafədəki hədəfləri vura və 50 kq döyüş başlığı daşıya bilir. Onun işləmə hündürlüyü 3,6 km-dir və 3 saata qədər havada qala bilir.

"Me'raj-532" yığıla, tez və asanlıqla uçmağa hazır ola bilər. Bu, düşmənə tez cavab vermək üçün uyğun variantdır", - deyə nəşr qeyd edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu