Atasını taxta ilə vurub öldürdü


Xızıda 58 yaşlı kişi öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AFN.az-a bildirilib ki, martın 23-də Xızı Rayon Polis Şöbəsinə 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub. S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu