Təkzib: AFN.az məhkəmənin "Veysəloğlu" MMC ilə bağlı qərarını icra etdi


02.04.2021-ci il tarixdə AFN.az saytında “Dürüstlüyü prioritet seçən “Veysəloğlu”nun keyfiyyətsiz malları bazarı bürüyüb – ARAŞDIRMA” sərlövhəli məqalə dərc edilib.


Məqalədə “Veysəloğlu” MMC və bura daxil olan digər müəssisələrdə yol verildiyi bildirilən nöqsanlar haqda yazılıb. Bizə məlumatı verən mənbələr təəssüf k, fakt təqdim etməyiblər. Beləliklə yazdığımız məqalə məhkəmə predmetinə çevrilib. “Veysəloğlu” MMC-nin iddiası üzrə 31.08.2021-ci ildə Sabunçu Rayon Məhkəməsində hakim Adilə Paşayevanın sərdliyi ilə keçirilən iclasda qəbul edilmiş qətnaməyə əsaslanaraq, adıçəkilən məqalə saytdan silinib. Eyni zamanda əlimizdə fakt olmadığı üçün yazılanların doğruluğunu sübut edə bilməmişik. Bu səbəbdən qeyd edilən məqaləni təkzib edərək, qarşı tərəfdən üzr istəyirik.

AFN.az rəhbərliyi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu