Alen Delon Zelenskidən müsahibə alacaq
Əfsanəvi fransız aktyor Alen Delon Ukrayna xalqına dəstək nümayiş etdirib.
“Qafqazinfo” BFM TV-yə istinadən xəbər verir ki, 86 yaşlı sənətçi bunları deyib:
“Ukrayna ilə baş verənlər məni dərindən üzür və təsirləndirir, buna görə onlar üçün mübarizə aparıram”, - o deyib.
Həmçinin bildirilir ki, sentyabrın 23-də Alen Delon Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə alacaq. Müsahibə “TV5 Monde” telekanalının efirində nümayiş etdiriləcək.