Azərbaycanda dərs günləri nə qədər artırılacaq? - RƏSMİ CAVAB


"Nazirin son çıxışı media tərəfindən düzgün yazılmayıb. Nazir təklif etmədi, sadəcə arzuolunandır ki, bizdə təhsil həftələrinin sayı çox olsun".



AFN xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib

O əlavə edib ki, hazırda Azərbaycanda təhsil həftələrinin sayı 36-dır: "Dünyanın inkişaf etmiş ölkələrində - Cənubi Koreya, Sinqapur və Finlandiyada təhsil həfətələrinin sayı 40, 41, 43 və 44 həftədir. Azərbaycan bu göstərici ilə nə aşağı, nə də yuxarı həddədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu