TANAP-ın gücü 2 dəfə artırıla bilər

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış, Avropaya daha çox təbii qaz nəqlini nəzərdə tutan memorandum çərçivəsində TANAP-ın gücü iki dəfə artırıla bilər.
APA-nın “Anadolu”ya istinadən xəbərinə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Pərviz Şahbazov Avropa Parlamentinin nümayəndələri ilə görüşüb
İlin sonunadək "Şahdəniz"də hasilat pik həddə çatacaq
Azərbaycan neftinin qiyməti 129 dollara yaxınlaşıb
"TANAP-ın ötürmə gücü iki dəfə artırıla bilər. İllik ötürülən 16 milyard kubmetr təbii qaz 31-32 milyard kubmetrə qədər yüksələcək. Bunun üçün bəzi qabiliyyətartırma investisiyalarına ehtiyac olacaq", - nazir bildirib.
Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən vaxta ehtiyac var və Türkiyə prosesdə iştirak etməyə hazırdır.