Azərbaycanda iki il əvvəl törədilmiş qətlin üstü açılıb


Azərbaycanda iki il əvvəl törədilmiş qətlin üstü açılıb.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, 2020-ci il mart ayının 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması məlum olub.

Araşdırmalarla Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə “Hyundai” markalı avtomobildə Qaradağ rayonu ərazisinə aparmaları, orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürməsi və cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək yandırmalarına əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Ü.İbişov və E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil veriliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu