Bakıda körpəsini öldürüb küçəyə atan qadın tutuldu


Bakıda yeni doğulmuş körpəsini öldürərək küçəyə atan qadına cinayət işi açılıb.


AFN.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, martın 31-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu