Güclü külək əsəcək - Xəbərdarlıq


Sabah Azərbaycanda küləkli hava müşahidə olunacaq.


Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 04-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu