FHN əhaliyə müraciət etdi


Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmalıdır.


Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazilrik bildirib ki, həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təhlükə zamanı 112-yə zəng edin!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu