“Omicron”a görə bu ölkə məhdudiyyətləri geri qaytardı


Kanadada “Omicron” ştamına görə yeni məhdudiyyətlər tətbiq edilib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın səhiyyə naziri Jan-İv Duklo mətbuat konfransında deyib.

Nazir bildirib ki, dekabrın 21-dən bütün səyahətlər üçün gəlişdən əvvəl PCR testi tələbi yenidən qüvvəyə minəcək. O, həmçinin, bu qaydanın 72 saat və ya daha az bir səyahətdən sonra Kanadaya qayıdan bütün sərnişinləri əhatə etdiyini deyib.

O, “Omicron” ştamına görə 10 Afrika ölkəsinə tətbiq edilən səyahət qadağasının bu gecə yarısından etibarən qaldırılacağını açıqlayıb.

Duklo “Omicron” və digər ştamlara yoluxmanın artmasını və vəziyyətin ciddiliyini vurğulayaraq, sərhəd tədbirlərini təkmilləşdirməyə davam etməli olduğunu əlavə edib:

"Bir daha deyirəm, indi səyahət vaxtı deyil. Kanadalılar üçün ailələrini və ya dostlarını ziyarət etmək və ya xaricə getmək üçün səyahətlərini təxirə salmağın nə qədər çətin olduğunu bilirik. Biz həmçinin bir çox kanadalının tətilini ləğv etdiyini bilirik. Biz sizin xaricdə qapalı qalmanızı və ya xəstə olmanızı istəmirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu