Kürdəmirdə 3 il əvvəl qonşusunu öldürən şəxs daha bir qətldə təqsirləndirilir


Kürdəmirdə 3 il əvvəl qonşusunu öldürüb meyitini kollektora atan Rafael Cəfərov bir müddət əvvəl başqa bir qətl hadisəsi də törədib.


R.Cəfərov bu il avqustun 6-da Kürdəmirdə rayon sakini, 1960-cı il təvəllüdlü Xanımqız Bədəlovanın evinə daxil olaraq başına çəkiclə zərbələr vuraraq qətlə yetirib. Daha sonra mənzildən 115 manat məbləğində pulu götürərək qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində R. Cəfərov saxlanılıb.

Onun ətrafında aparılan istintaq zamanı R. Cəfərovun 3 il əvvəl qonşusu Tərxan Əlyarovu öldürərək meyitini su kollektoruna atdığı ortaya çıxıb.

Kürdəmir rayon Prokurorluğundan R. Cəfərov barəsində aparılan ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, bu gün Baş Prokurorluq və DİN R. Cəfərovun Kürdəmirdə 3 il əvvəl törətdiyi qətl barədə birgə məlumat yayıb.

Toplanmış kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu